satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstan DTX məxfi məlumatları başqa mənbələrə ötürən polis əməkdaşını həbs edib

Gürcüstan DTX məxfi məlumatları başqa mənbələrə ötürən polis əməkdaşını həbs edib

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu quruma aid məxfi məlumatları başqa mənbələrə ötürən polis əməkdaşını həbs edib.

NTV xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb.

Məlumatda deyilir ki, DTX-nin keçmiş əməkdaşı və hazırda Daxili İşlər Nazirliyində çalışan şəxs Dövlət Təhlükəsizlik Xidmətindən məxfi məlumatların sızdırılmasında ittiham olunaraq həbs edilib.

“Dövlət Təhlükəsizlik Xidməti hər hansı bir, hətta kiçikmiqyaslı daxili məlumat sızmasına qarşı həmişə xüsusilə sərt və barışmaz olacaq və belə bir hərəkəti edən hər kəs ciddi şəkildə cəzalandırılacaq”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, bir neçə gün əvvəl Gürcüstan DTX xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq edən bir nəfəri həbs edib, daha iki nəfərin barəsində isə beynəlxalq axtarış elan olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM