satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniyada ərzaq və yanacaqla bağlı ehtiyat tədbirləri görülür

Böyük Britaniyada ərzaq və yanacaqla bağlı ehtiyat tədbirləri görülür

Böyük Britaniya hökuməti İranla bağlı münaqişənin yaratdığı mümkün ərzaq və yanacaq qıtlığı risklərinə qarşı hazırlıq tədbirlərini gücləndirdiyini açıqlayıb.

NTV BBC-yə istinadla xəbər verir ki, Baş nazir Kir Starmer aprelin 28-də ehtimal olunan çatışmazlıqlarla bağlı yaradılmış komitənin növbəti iclasına sədrlik edəcək. Bununla yanaşı, nazirlərdən ibarət qrup ehtiyat səviyyələrini və təchizat zəncirində mümkün pozuntuları izləmək üçün həftədə iki dəfə toplanır.

Münaqişənin başlanmasından sonra Hörmüz boğazının bağlanması neftin qiymətinin kəskin artmasına səbəb olub. Bildirilir ki, ayın əvvəlində hökumət rəsmiləri müharibənin davam edəcəyi təqdirdə yayda, xüsusilə, toyuq və donuz əti daxil olmaqla, ərzaq qıtlığı ilə bağlı ən pis ssenarini də nəzərdən keçiriblər.

Hökumət, eyni zamanda, ictimaiyyəti sakitləşdirməyə çalışaraq sürücüləri adi qaydada yanacaq doldurmağa və səyahət planlarını dəyişməməyə çağırıb. Bu çağırış mümkün aviasiya yanacağı çatışmazlığı ilə bağlı narahatlıqlar fonunda edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM