satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniyada ekoloji çirklənmə yaradanlar məhkəmədə cavab verəcəklər

Böyük Britaniyada ekoloji çirklənmə yaradanlar məhkəmədə cavab verəcəklər

Böyük Britaniyanın ən iri toyuq istehsalçılarından biri və bir su şirkəti ekoloji çirklənmədə ittiham olunur. Bununla bağlı ölkənin Ali Məhkəməsində iş açılıb.

NTV BBC-yə istinadla xəbər verir ki, iddialara görə, bu qurumlar Vay, Laqq və Ask çaylarını çirkləndirib.

Uels–İngiltərə sərhədi boyunca bu çayların yaxınlığında yaşayan və ya işləyən 4500-dən çox insan “Avara Foods” və “Welsh Water” şirkətlərinə qarşı açılan bu iddiaya qoşulub.

Hüquqşünaslar bildirirlər ki, bu iş iddiaçıların sayına və coğrafi əhatəsinə görə Böyük Britaniyada ekoloji çirklənmə ilə bağlı indiyədək qaldırılmış ən böyük məhkəmə işidir. Şirkətlər isə ittihamları rədd edir.

Vay çayı Böyük Britaniyanın ən uzun və məşhur çaylarından biri hesab olunur. Yerli sakinlər bildirirlər ki, son illər çayın suyu yay aylarında tez-tez yaşıl rəngdə olur və buradan kəskin qoxu yayılır.

İddiaçı tərəf çayların vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin görülməsini və zərər çəkmiş sakinlərə kompensasiya ödənilməsini tələb edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM