satellite   Azerspace-1: 11135 H 30000

Moskvaya yağan güclü qar həyatı iflic edib

Moskvaya yağan güclü qar həyatı iflic edib

Son sutka ərzində yağan güclü qar və yolların buz bağlaması, habelə saniyədə 23-25 metrə qədər sürətlə əsən külək səbəbindən Moskva və Moskva vilayəti üçün narıncı hava xəbərdarlığı elan edilib.

NTV-nin  Rusiya Hidrometeorologiya Mərkəzinə istinadla xəbər verir ki, xəbərdarlıq paytaxtda 28 aprel saat 21:00-dək, Moskva vilayətində isə saat 03:00-dək qüvvədədir. Güclü yağıntıların, sulu qarın davam edəcəyi, yolların buz bağlayacağı gözlənilir. Sinoptiklər Moskvada 24 saat ərzində orta aylıq göstəricinin əhəmiyyətli bir hissəsi olan 16 millimetrə qədər yağıntı düşə biləcəyini proqnozlaşdırırlar.

Meteoroloqların məlumatına görə, paytaxtda qarın qalınlığı aprelin sonu üçün rekord həddə - 12 santimetrə çatıb. Sinoptiklər havaların soyumasını Şimali Atlantika siklonunun təsiri ilə əlaqələndirirlər. Əlverişsiz hava şəraiti artıq şəhər infrastrukturunu pozub: onlarla ağac yıxılıb, metronun bir xəttində xidmət müvəqqəti olaraq dayandırılıb və Vnukovo hava limanında bəzi uçuşlar təxirə salınıb. Hakimiyyət orqanları sakinlərə imkan daxilində şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyi və təhlükəsizlik tədbirlərinə uyğun davranmağı tövsiyə edib

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM