satellite   Azerspace-1: 11135 H 30000

Rusiyada qasırğa: ölən və yaralananlar var

Rusiyada qasırğa: ölən və yaralananlar var

Rusiyanın bölgələrində əlverişsiz hava şəraiti yeniyetmənin ölümünə, çoxsaylı xəsarətlərə və enerji təchizatında genişmiqyaslı fasilələrə səbəb olub.

NTV Rusiya mediasına istinadla xəbər verir ki, Samarada ağac iki 13 yaşlı qızın üzərinə aşıb. Onlardan biri həlak olub, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bölgədə başqa hadisələr də qeydə alınıb, belə ki, qasırğa binanın dam örtüyünü qoparıb və elektrik xətlərindən asılı vəziyyətdə qalıb. Tolyattidə dayanacaq qadının üzərinə aşıb, lakin onu xilas etmək mümkün olub. Samara vilayətində narıncı təhlükə səviyyəsi elan edilib, ictimai nəqliyyatın fəaliyyəti pozulub, elektrik xətləri zədələnib.

 

Pis hava şəraitinin ciddi fəsadları Ryazan vilayətində də müşahidə olunur. Burada şəhərin mərkəzi rayonları da daxil olmaqla, təxminən 25 min nəfər elektriksiz qalıb. Vladimir vilayətində bir sıra dairələrdə yaşayış məntəqələrinin elektrik təchizatı qismən dayanıb, 2-3 min sakin işıqsız qalıb. Kaluqa vilayətində isə bir neçə rayonda 10-12 min nəfər elektrik kəsintilərindən zərər çəkib.

 

Moskva vilayətində ağacların aşması nəticəsində altı nəfər xəsarət alıb, onların arasında üç yeniyetmə var. Ümumilikdə bölgədə təxminən 550 ağac aşıb, 160-a yaxın avtomobilə ziyan dəyib.

 

Son məlumata görə, qasırğalı külək, sulu qar və yağış fonunda 740-dan çox ağacın aşmasından sonra Rusiyanın müxtəlif bölgələrində 76 mindən çox insan hələ də elektriksiz qalır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM