satellite   Azerspace-1: 11135 H 30000

Qırğızıstan Aİ-nin sanksiya paketinə öz şirkətlərinin daxil edilməsinə etiraz edib

Qırğızıstan Aİ-nin sanksiya paketinə öz şirkətlərinin daxil edilməsinə etiraz edib

Qırğızıstan şirkətlərinin Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiya paketinə daxil edilməsi etimadı sarsıdır.

NTV  Qırğızıstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilib ki, bu, Aİ-nin Qırğızıstan və Mərkəzi Asiyanın digər ölkələri ilə əməkdaşlığı inkişaf etdirmək niyyəti barədə səsləndirdiyi bəyanatlara ziddir.

Nazirlikdən qeyd ediblər ki, Bişkek üçüncü ölkələrə qarşı birtərəfli məhdudlaşdırıcı tədbirlərin tətbiqi praktikasından narahatlığını ifadə edir və Avropa İttifaqını respublikanın maraqlarını nəzərə alaraq daha ölçülüb-biçilmiş və konstruktiv dialoqa çağırır.

Xatırladaq ki, Qırğızıstan Aİ-nin sanksiyalardan yayınma ilə mübarizə mexanizmini tətbiq etdiyi ilk ölkə olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Zəriflik nümunəsi

08:00 28.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM