satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan beynəlxalq ticarət marşrutlarının müdafiəsini mühüm hesab edir

Qazaxıstan beynəlxalq ticarət marşrutlarının müdafiəsini mühüm hesab edir

Qazaxıstan beynəlxalq ticarət marşrutlarının təhlükəsizliyini təmin etmək üçün səylərin birləşdirilməsini vacib hesab edir.

NTV Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, xarici işlər naziri Yermek Koşerbayev bu açıqlamanı Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasında verib.

Nazirin sözlərinə görə, hərbi münaqişəyə çevrilən geosiyasi qarışıqlıq ticarət əlaqələrinin sabitliyinə ciddi təsir göstərir və təchizat zəncirinin təhlükəsizliyi məsələsi, o cümlədən Qazaxıstan üçün getdikcə daha kritik hala gəlir.

Koşerbayev Qazaxıstan tərəfindən icarəyə götürülmüş enerji infrastrukturuna və neft tankerlərinə naməlum pilotsuz uçuş aparatlarının hücumlarını buna nümunə göstərib.

Xarici işlər naziri vurğulayıb ki, Qazaxıstan qanuni beynəlxalq ticarəti, qlobal enerji bazarlarını, nəqliyyat və logistika təchizat zəncirlərinin təhlükəsizliyini pozmağa yönəlmiş hər hansı bir hərəkəti tamamilə qəbuledilməz hesab edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM