ABŞ-nin “SpaceX” şirkəti Aya və Marsa pilotlu missiyalar üçün nəzərdə tutulan “Starship” kosmik gəmisini “Super Heavy V-3” daşıyıcı raketi ilə 13-cü orbital sınaq uçuşuna buraxıb.
NTV xəbər verir ki, buraxılış Texas ştatının Boka-Çika bölgəsində yerləşən Starbase kosmodromundan həyata keçirilib.
Məlumata görə, kosmik gəmi uçuş zamanı 20 Starlink internet peykini orbitə çıxaracaq. Təxminən bir saat davam edəcək missiyadan sonra “Starship”in Hind okeanına, Super Heavy raketinin isə buraxılışdan təxminən səkkiz dəqiqə sonra Meksika körfəzinə enməsi planlaşdırılır.
Hündürlüyü 120 metrdən çox olan “Starship” hazırda dünyanın ən böyük raket sistemidir. O, indiyədək 12 orbital sınaq uçuşu həyata keçirib, bunlardan yeddisi uğurlu olub. Ən son uğurlu sınaq bu ilin may ayında baş tutub.
