Suriyada Dəməşq-Deyr əz-Zor yolunda iki sərnişin avtobusunun toqquşması nəticəsində 35 nəfər ölüb, 30 nəfər yaralanıb.
NTV "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata görə, hadisə Dəməşq-Deyr əz-Zor yolu üzərində, Suxnə və Palmira bölgələri arasında baş verib.
Yaralılar ətrafdakı xəstəxanalara yerləşdirilib.
