satellite   Azerspace-1: 11135 H 30000

“Əl-Ərəbiyyə”: HƏMAS Qəzzada tərk-silahla bağlı bəndi qəbul edib

“Əl-Ərəbiyyə”: HƏMAS Qəzzada tərk-silahla bağlı bəndi qəbul edib

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında nizamlanma planının tərk-silah və mülki idarəçiliklə bağlı iki bəndinin həyata keçirilməsinə razılıq verib.

NTV  xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Bildirilib ki, söhbət planın 5-ci və 8-ci bəndlərindən gedir. Həmin bəndlər HƏMAS-ın hərbi strukturunun mülki idarəçilikdən ayrılmasını, həmçinin silahların beynəlxalq nəzarət altında yeni Fələstin strukturlarına təhvil verilməsini nəzərdə tutur.

Qeyd edək ki, Sülh Şurası İsrail və HƏMAS arasında Qəzzanın idarə olunması ilə bağlı razılaşma əsasında yaradılıb. Yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndələri təşkilatın Nizamnaməsini imzalayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Zelenski ABŞ-a səfər edib

11:40 28.07.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM