satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniyada milyonçuların sayı 2008-ci ildən bəri ən aşağı səviyyəyə enib

Böyük Britaniyada milyonçuların sayı 2008-ci ildən bəri ən aşağı səviyyəyə enib

Böyük Britaniyada sərvəti 1 milyon funt-sterlinqdən çox olan şəxslərin sayı 442 minə düşərək 2008-ci il qlobal maliyyə böhranından bəri ən aşağı səviyyəyə enib.

NTV xəbər verir ki, bu barədə Adam Smit İnstitutu tərəfindən yenilənən “Millionaire Tracker” hesabatında bildirilir.

Məlumata görə, son bir ildə ölkədə milyonçuların sayı 7 faiz azalıb. İnstitut bunu yüksək faiz dərəcələri, aktivlərin dəyərinin azalması, zəif əmanət artımı, eləcə də varlı şəxslərin ölkəni tərk etməsi və vergi siyasətindəki dəyişikliklərlə əlaqələndirib.

Hesabat müəllifləri milyonçuların sayının azalmasının investisiya, məşğulluq və vergi daxilolmalarına mənfi təsir göstərə biləcəyini qeyd edərək, hökuməti vergi siyasətini yenidən nəzərdən keçirməyə çağırıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Zelenski ABŞ-a səfər edib

11:40 28.07.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM