satellite   Azerspace-1: 11135 H 30000

İran və Oman Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı danışıqlar aparır

İran və Oman Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı danışıqlar aparır

İran və Oman Hörmüz boğazında gəmiçiliyin tam bərpası ilə bağlı danışıqları davam etdirir.

NTV xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, tərəflər gəmilərin boğazdan təhlükəsiz keçidini təmin edəcək orta dəhlizin yenidən açılması imkanını müzakirə edirlər. Bildirilir ki, marşrutun istifadəyə verilməsi üçün bölgədə yerləşdirildiyi iddia olunan dəniz minalarının təmizlənməsi tələb olunur.

Agentliyin məlumatına əsasən, Böyük Britaniya, Fransa və digər Avropa ölkələri təhlükəsizlik şəraiti imkan verəcəyi təqdirdə, mina təmizləmə işlərinə dəstək verməyə hazır olduqlarını bildiriblər.

Qeyd olunur ki, danışıqlarda İran və Omanla yanaşı, Qətər, Pakistan, Misir, eləcə də ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner iştirak edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Zelenski ABŞ-a səfər edib

11:40 28.07.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM