satellite   Azerspace-1: 11135 H 30000

“Apple” yenidən dünyanın ən dəyərli şirkəti olub

“Apple” yenidən dünyanın ən dəyərli şirkəti olub

ABŞ-nin “Apple” korporasiyası bazar kapitallaşmasına görə “Nvidia” şirkətini geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti olub.

NTV xəbər verir ki, Nasdaq birjasında “Apple” səhmləri 1,17 faiz bahalaşaraq 336,91 dollara yüksəlib. Eyni vaxtda “Nvidia”nın səhmləri 4,99 faiz ucuzlaşaraq 196,51 dollara düşüb.

Nəticədə “Apple”in bazar kapitallaşması 4,95 trilyon dollara, “Nvidia”nın isə 4,76 trilyon dollara çatıb. İlk beşlikdə, həmçinin “Alphabet”, “Microsoft” və “Amazon” şirkətləri yer alıb.

“Bloomberg”in məlumatına görə, “Apple”nin yenidən liderliyə yüksəlməsi texnologiya sektoruna investisiya axınının artması və “Nvidia” səhmlərinin ucuzlaşması ilə əlaqədardır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Zelenski ABŞ-a səfər edib

11:40 28.07.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM