İranla münaqişə zamanı yaralanan ABŞ hərbçilərinin sayı 624 nəfərə çatıb.
NTV xəbər verir ki, bu barədə Pentaqonun yenilənmiş məlumatında bildirilir.
Məlumata görə, yaralıların 461-i ABŞ Ordusunun hərbçiləridir. Pentaqonun açıqlamasına əsasən, fevralın 28-də başlayan “Epik Qəzəb” əməliyyatı zamanı 417 hərbçi yaralanıb, 14 nəfər həlak olub. İyulun 7-də başlanan digər əməliyyatlar çərçivəsində isə 207 hərbçi yaralanıb, 4 nəfər həyatını itirib.
Beləliklə, hər iki əməliyyat üzrə ümumilikdə 624 hərbçi yaralanıb, 18 nəfər həlak olub.
