satellite   Azerspace-1: 11135 H 30000

Avstraliya 1965-ci ildən bəri ilk neft emalı zavodunun inşasını nəzərdən keçirir

Avstraliya 1965-ci ildən bəri ilk neft emalı zavodunun inşasını nəzərdən keçirir

Avstraliya hökuməti və “Perdaman Group” şirkəti Yaxın Şərqdəki müharibənin ölkənin idxal yanacaqdan asılılığını artırması fonunda yeni neft emalı zavodunun (NEZ) tikintisinin mümkünlüyünü araşdıracaq.

NTV xarici mediaya istinadla xəbər verir ki, neft emalı zavodunun tikiləcəyi təqdirdə minlərlə iş yerinin yaradılması, xüsusən də Qərbi Avstraliyadakı yerli icmalara dizel yanacağı tədarükü vasitəsilə enerji təhlükəsizliyinə töhfə verməsi gözlənilir.

Baş nazir Entoni Albanese Yaxın Şərqdəki müharibənin xaricdən tədarükü sıxışdırdığı və enerji təhlükəsizliyinin artırılmasının vacibliyini göstərdiyini deyib, Avstraliyanın 60 ildən çox müddətdə ilk dəfə yeni neft emalı zavodunun tikintisini nəzərdən keçirəcəyini açıqlayıb. O, Qərbi Avstraliyanın Karratha şəhərində 4 milyon Avstraliya dolları (2,8 milyon ABŞ dolları) dövlət maliyyəsi ilə yeni neft emalı zavodunun inşasının nəzərdən keçirildiyini bildirib.

“Perdaman Group” tərəfindən tikiləcək və idarə olunacaq zavodun layihəsi həyata keçirilərsə, bu, 1965-ci ildən bəri ölkədə fəaliyyət göstərən ilk NEZ olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Zelenski ABŞ-a səfər edib

11:40 28.07.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM