Çin meteoroloqları tayfunların daha dəqiq proqnozlaşdırılması məqsədilə Quanqdonq əyalətində pilotsuz uçuş aparatlarından ibarət dron şəbəkəsi ilə müşahidələr aparıblar.
NTV “China Daily” gündəlik qəzetinə istinadla xəbər verir ki, müşahidələr bu il bölgəyə təsir edən 12-ci tayfun – "Noul"un sahilə yaxınlaşması, keçidi və sonrakı mərhələlərini əhatə edib. Dronlar temperatur, rütubət, külək və digər meteoroloji göstəricilər barədə real vaxt rejimində məlumat toplayıb.
Mütəxəssislərin sözlərinə görə, yeni texnologiya tayfunun intensivliyinin və külək, eləcə də yağıntının təsir zonalarının daha dəqiq qiymətləndirilməsinə imkan verir. Təcrübənin gələcəkdə ekstremal hava hadisələrinin monitorinqi, hava proqnozlarının dəqiqliyinin artırılması və aşağı hündürlükdə uçuşların təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəyi gözlənilir.
