Əfqanıstanın Bədəxşan əyalətinin İnformasiya və Mədəniyyət Departamentinin direktoru naməlum silahlı şəxslərin hücumu nəticəsində həlak olub.
NTV-yə Əfqanıstan mediasına istinadla xəbər verir ki, hadisə əyalətin paytaxtı Faizabadda baş verib. Motosikletlə hərəkət edən iki silahlı şəxs iş yerinə gedən məmura atəş açıb.
Məlumata görə, hücum edənlərdən biri hadisə yerində məmurun cangüdənləri tərəfindən zərərsizləşdirilib. Digər şübhəlinin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
