Ukraynanın FP-1 pilotsuz uçuş aparatları Koledinoda (Moskva vilayəti) Rusiyanın iri şirkətlərinin yüklərinin saxlanması və paylanması üçün istifadə olunan 3PL logistika operatorunun anbarını vurub.
NTV-yə "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə "Fire Point" məlumat yayıb.
Qeyd edilib ki, obyekt iri Rusiya şirkətləri və marketpleysləri üçün malların saxlanmasını, çeşidlənməsini və paylanmasını təmin edən mühüm logistika qovşağıdır.
"Bu cür zərbələr logistika zəncirlərinin işini pozaraq və iri Rusiya şirkətlərinə ziyan vuraraq ölkənin iqtisadi potensialını zəiflədir", - məlumatda bildirilib.
