satellite   Azerspace-1: 11135 H 30000

Şimali Kipr Prezidenti BMT-nin Baş katibi ilə görüşüb - FOTOLAR

Şimali Kipr Prezidenti BMT-nin Baş katibi ilə görüşüb<font color=red> - FOTOLAR</font>

İyulun 28-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman Lefkosada BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

NTV xəbər verir ki, Kipr türklərinin lideri BMT Baş katibini Prezident Kompleksinin girişində qarşılayıb.

Təxminən iki saat davam edən geniş müzakirələrdən sonra A. Quterreş Kiprdəki konstruktiv danışıqların adadakı hər iki icmaya fayda verəcəyinə ümid etdiyini bildirib.

Çərşənbə axşamı günü BMT-nin Baş katibi yunan Kiprinin lideri Nikos Xritodulides ilə də danışıqlar aparıb.

Bu axşam (yerli vaxtla saat 19:00-da - redaktorun qeydi) bufer zonasında Antonio Quterreşin Kiprin iki icmasının liderləri ilə şam yeməyi planlaşdırılır.

Bu, BMT Baş katibinin 16 ildən sonra Kiprə ilk səfəridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM