satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyada ticarət mərkəzində partlayış baş verib

Yaponiyada ticarət mərkəzində partlayış baş verib

Yaponiyanın Kumamoto prefekturasının Kaşima şəhərindəki ticarət mərkəzində partlayış baş verib.

NTV "Kyodo"ya istinadən xəbər verir ki, partlayış nəticəsində binanın ikinci mərtəbəsi qismən çöküb.

Yanğından mühafizə xidmətinin məlumatına görə, çoxlu sayda insan dağıntılar altında və zədələnmiş binanın içində qalıb. Hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, bu gün daha əvvəl Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ baş verib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 50-dən çox insan xəsarət alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM