satellite   Azerspace-1: 11135 H 30000

Media: Oman Hörmüz boğazının Malakka boğazı kimi idarə olunması mexanizmini təklif edib

Media: Oman Hörmüz boğazının Malakka boğazı kimi idarə olunması mexanizmini təklif edib

Oman Hörmüz boğazının idarə olunması ilə bağlı yeni mexanizm təklif edib. Region ölkələri tərəfindən dəstəklənən bu təklifə görə, Hörmüz boğazı heç bir ölkənin birtərəfli nəzarətində olmamalı və xidmətlərdən istifadə üçün rüsumlar könüllülük prinsipi ilə toplanmalıdır.

NTV xəbər verir ki, “Reuters” agentliyinin Körfəzdəki mənbələrinə istinadla yaydığı bu məlumata görə, irəli sürülən təklif Malakka boğazının nümunəsinə əsaslanır.

Belə ki, Malayziya ilə İndoneziya arasındakı bu mühüm su yolundan istifadə edənlər naviqasiya, ətraf mühitin qorunması, axtarış və xilasetmə əməliyyatlarının maliyyələşdirilməsinə könüllü olaraq töhfə verirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM