İsrailin müdafiə naziri İsrael Kats çərşənbə axşamı ABŞ döyüş təyyarələrinin İrana hücum etmək üçün İsraildən havaya qalxdığını iddia edib.
NTV xarici mediaya istinadla xəbər verir ki, nazir “Kanal 14” televiziyasına bildirib: “ABŞ qırıcı təyyarələri İrana hücum etmək üçün İsraildən havaya qalxır və iranlılar bunu bilirlər.
Müdafiə naziri əlavə edib ki, İsrail İranın enerji hədəflərinə hücum etmək istəyir, lakin Vaşinqton bu plana qarşı çıxır. “Biz İranın enerji hədəflərinə hücum etmək istəyirik, amma ABŞ indiki mərhələdə buna razı deyil”. O, Tehranın hər hansı hücumu halında İranı vuracağı ilə hədələyib: “Əgər İsrailə atəş açsalar, biz tam gücümüzlə cavab verəcəyik. Biz İranı müstəqil şəkildə vurmağa hazırıq”.
İrandan Katsın bəyanatı ilə bağlı şərh verilməyib.
