satellite   Azerspace-1: 11135 H 30000

Tramp Vitkoff və Kuşnerin Ukraynaya səfər edəcəyini açıqlayıb

Tramp Vitkoff və Kuşnerin Ukraynaya səfər edəcəyini açıqlayıb

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və Prezidentin kürəkəni Cared Kuşner yaxın günlərdə Ukraynaya səfər edəcəklər.

NTV xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Donald Trampla müsahibəsinə istinadla məlumat yayıb.

ABŞ Prezidenti bildirib ki, administrasiyasının əsas diqqəti Rusiya-Ukrayna müharibəsinə son qoyulmasına yönəlib. Onun sözlərinə görə, Vitkoff və Kuşner Ukraynaya səfər edərək münaqişənin nizamlanması ilə bağlı təmaslar aparacaqlar.

“Biz Ukrayna ilə Rusiya arasındakı müharibənin başa çatmasını istəyirik. Biz raketlərlə deyil, sülhlə maraqlanırıq”, – deyə Tramp vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM