İstanbulun Taksim meydanında inşa edilən məscid Ramazan bayramınadək ibadətə açılacaq

İstanbulun Taksim meydanında inşa edilən məscid Ramazan bayramınadək ibadətə açılacaq

Təməli 2017-ci il fevralında qoyulan və Türkiyənin ən böyük ibadət mərkəzlərindən biri olacaq İstanbulun Taksim Məscidi Ramazan ayının son cümə günü ibadətə açılacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, eyni anda 2500 nəfərin ibadət edə biləcəyi bu məscidin memarları Şefik Birkiye və Səlim Dalamandır.

Ümumilikdə 16 min 500 kvadratmetrlik ərazidə inşa olunan, qapalı hissəsi təxminən 2482 kvadratmetr sahəni əhatə edən məscidin hündürlüyü 61 metrdir. Artıq son tamamlama işləri aparılan bu məscid-kompleksin daxilində konfrans və sərgi salonları da fəaliyyət göstərəcək.

Qeyd edək ki, 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan məscidin inşasının tamamlanması işləri COVID-19 pandemiyası səbəbindən gecikib.

Xəbər lenti
Çox oxunan xəbərlər