Paşinyana ölən əsgərin məzarı önünə gül qoymağa imkan verilməyib - VİDEO

Ermənistanın Vayosdzor bölgəsinin Getap kəndinin sakini Baş nazir Nikol Paşinyanın onun ikinci Qarabağ müharibəsində ölən qohumunun məzarı üstünə gül qoymasına icazə verməyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hadisənin videosu “News.am” saytında yerləşdirilib.

"... Bu, qardaşımın məzarıdır. Mənim haqqım var ... sizə icazə vermirəm", – kişi baş nazirə deyib.

Nəşr bildirib ki, Paşinyan sonradan yenidən məzara yaxınlaşıb, vətəndaşla danışmağa çalışıb. Ancaq kişi bildirib ki, məsul şəxslərdən heç biri ona qardaşının meyitinin tapmasına kömək etməyib, əksinə mane olublar.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM