ÜST rəhbəri: Gələn il vaksinasiyanın təmini üçün təxminən 45 milyard dollar tələb olunacaq

ÜST rəhbəri: Gələn il vaksinasiyanın təmini üçün təxminən 45 milyard dollar tələb olunacaq

Dünyanın yetkin əhalisinin əksəriyyətinin koronavirus əleyhinə vaksinasiyasını təmin etmək üçün 2022-ci ildə təxminən 45 milyard dollar tələb olunacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bazar ertəsi Cenevrədə keçirilən brifinqdə bildirib.

O, bu il COVID-19 əleyhinə dərmanlara və ACT-Accelerator diaqnostikası üçün vasitələrə çıxışın təmin edilməsi üçün beynəlxalq tərəfdaşlığın 19 milyard dollar məbləğində maliyyəyə ehtiyacı olduğunu xatırladıb. “Bizim hesablamalarımıza görə gələn il dünyada yetkin insanların əksəriyyətinə peyvənd vurmaq üçün daha təqribən 45 milyard dollar tələb olunacaq”, - deyə ÜST rəhbəri söyləyib.

Xəbər lenti
Çox oxunan xəbərlər