Türkiyədə mikroavtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

Türkiyədə mikroavtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

Türkiyənin Bursa vilayətində işçiləri daşıyan mikroavtobusun dərəyə aşması nəticəsində 1 nəfər ölüb, 20 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılardan 3-nün vəziyyəti ağırdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hadisə şəhərin Gemlik rayonunda bölgəyə yağan güclü yağış nəticəsində yolun sürüşkən olması səbəbindən baş verib.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM