Ter-Petrosyan Qazaxın işğal altındakı 7 və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılmasını çağırış edib

Ter-Petrosyan Qazaxın işğal altındakı 7 və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılmasını çağırış edib

“Ermənistanla Azərbaycan arasında SSRİ dövründə mövcud olmuş sərhəd bərpa olunmalıdır”. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında Sovet İttifaqı dövründə mövcud olan sərhəd xətti tanınmalıdır.

“Məsələ Ermənistanın sovet sərhədlərini tanıyıb-tanımayacağı deyil. Beynəlxalq ictimaiyyət BMT-nin timsalında keçmiş SSRİ respublikalarının müstəqilliyini tanıyıb. Burada heç nəyi dəyişmək olmaz”.

Faktiki olaraq, Ter-Petrosyan Qazaxın işğal altındakı 7 kəndini və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılmasını çağırış edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM