21 iyun – Beynəlxalq Yoqa Günüdür

21 iyun – Beynəlxalq Yoqa Günüdür

Hindistan tərəfindən təqdim olunan və BMT Baş Assambleyasının 2014-cü ildə yekdilliklə qəbul etdiyi qərarla iyunun 21-i Beynəlxalq Yoqa Günü elan edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hər il Beynəlxalq Yoqa Günündə bir çox ölkədə müxtəlif mərasimlər keçirilir. Təbii olaraq bu mərasimlərin episentri Hindistandır. Son 2 ildə COVID-19 pandemiyasının yaratdığı məhdudiyyətlər səbəbindən kütləvi yoqa mərasimləri keçirilmir. Bununla belə, Hindistanda “Sağlam həyat üçün yoqa” devizi ilə builki bayramın qeyd olunması üçün yüzlərlə yer ayrılıb. Onların hər birində ən çoxu 50 nəfər olmaqla yoqa məşğələləri keçirilir. Bundan başqa, Hindistanda yerli vaxtla səhər saat 6:30-dan televiziya ilə xüsusi proqramın yayımı başlayıb. Baş nazir Narendra Modi televiziya vasitəsilə xalqa müraciət edib.

Qeyd edək ki, yoqa ortodoksal induizm məktəblərindən biridir. Bütün dünyada bu anlayış daha geniş mənada şərh edilir: o, induizmin və buddizmin müxtəlif istiqamətlərinin təklif etdiyi mənəvi, psixi və fiziki təcrübələrin məcmusunu birləşdirir. Yoqa ilə məşğul olmaq dedikdə xüsusi hərəkətlərin köməyi ilə öz bədənini, psixikanı və fizioloji funksiyalarını idarə etmək səyi başa düşülür.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM