Ermənistanda seçki zamanı rüşvət paylamaqda şübhəli bilinən beş nəfər tutulub

Ermənistanda seçki zamanı rüşvət paylamaqda şübhəli bilinən beş nəfər tutulub

Ermənistanın xüsusi istintaq xidməti iyunun 20-də keçirilən növbədənkənar parlament seçkiləri zamanı rüşvət paylamaqda şübhəli bilinən beş nəfəri saxlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, açılan cinayət işi çərçivəsində Ermənistanın Şirak vilayətinin Artik şəhərində milli təhlükəsizlik xidməti ilə birgə axtarışlar aparılıb və 12 mənzildən maddi sübutlar götürülüb.

Xatırladaq ki, Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası 53,92 faiz səs yığaraq növbədənkənar parlament seçkilərində qalib gəlib. Beləliklə o, təkbaşına yeni hökumət formalaşdıra biləcək.

Xəbər lenti
Çox oxunan xəbərlər