Ermənistan ordusunun hərbi qulluqçusu ağır xəsarət alıb

Ermənistan ordusunun hərbi qulluqçusu ağır xəsarət alıb

Ermənistan silahlı qüvvələrinin hərbi hissələrinin birində baş verən hadisə nəticəsində daha bir əsgər ağır xəsarət alıb.

NUHÇIXAN İnformasiya Agentliyi bu ölkə KİV-lərinə istinadla xəbər verir ki, yayılan məlumatlarda park-təsərrüfat günündə zirehli texnikaya texniki qulluq zamanı ehtiyatsızlıqdan baş verən hadisə nəticəsində 2020-ci ildə hərbi xidmətə çağırılmış 3-cü taborun 9-cu bölüyünün əsgəri Hrayr Sarkisyanın sağ ayağı bud nahiyəsindən sınıb.

Hərbi hissə komandanlığı baş verən insidenti ört-basdır etməyə çalışsa da, hadisədən xəbər tutan hərbi polis hərbi qulluqçu H.Sarkisyanın xəsarət alması faktı ilə bağlı araşdırmaya başlayıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM