Ermənistan hərbçiləri Gürcüstanda NATO-nun təliminə qatılmayacaq

Ermənistan hərbçiləri Gürcüstanda NATO-nun təliminə qatılmayacaq

Ermənistan ordusunun hərbçiləri Gürcüstanda NATO-nun iştirakı ilə iyulun 26-dan avqustun 6-dək keçiriləcək Agile Spirit 2021 (Çevik ruh) beynəlxalq hərbi təliminə qatılmayacaq.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə “Sputnik Armenia” Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

NATO-nun mətbuat xidmətinin yaydığı xəbərə görə, təlimdə Gürcüstan və ABŞ-dan başqa, NATO üzvü və tərəfdaşı olan 13 ölkədən, o cümlədən Türkiyə və Azərbaycan hərbçilərinin iştirakının nəzərdə tutulduğunu açıqlayıb.

Bildirilib ki, əvvəllər Ermənistan hərbçiləri Gürcüstanda keçirilmiş NATO təlimində dəfələrlə iştirak ediblər, lakin son illər bu praktika başa çatıb.

Xəbər lenti
Goranboyda zəlzələ olub

09:59 23.04.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM