"Apple" yeni "iPhone" modelini təqdim edib

"Apple" yeni "iPhone" modelini təqdim edib

"Apple" yeni "iPhone 13" modelini təqdim edib.

NUHÇIXAN İnformasiya Agentliyi bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Bununla yanaşı, "iPhone 13 mini", "13 Pro" və "13 Pro Max"ın da nümayişi baş tutub.

Şirkət rəhbəri Tim Kuk bildirib ki, yeni smartfonlar əvvəlki on ikinci modelə çox bənzəyir. Smartfonlarda beş yeni rəng, suya davamlı yeni şüşə, "13" və "13 mini" "Super Retina XDR" ekranı var.

Yeni "iPhone" təkmilləşdirilmiş ekrana və daha güclü prosessora malikdir, bu isə smartfonun şarjını daha uzunmüddətli edir.

Əsas yeniliklərdən biri ekran kəsilməsinin azalmasıdır - bu, "FaceID" sisteminin istifadəyə verilməsindən sonra ilk dəfədir.

Şirkət budəfəki təqdimatda digər "Apple" cihazlarını - "AirPods", "Apple Watch Series 7" ağıllı saatlarını və təkmilləşdirilmiş yeni "iPad mini"ni nümayiş etdirib.

Təqdimatın gedişində 2022-ci ildə satışa çıxarılması gözlənilən "iPhone 14"ün fotoları da iştirakçılara göstərilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM