İqlim fəlakətləri ilə əlaqədar bu il 20 milyon nəfər evini tərk edib

İqlim fəlakətləri ilə əlaqədar bu il 20 milyon nəfər evini tərk edib

2021-ci ildə iqlim dəyişikliyinin səbəb olduğu fəlakətlərlə əlaqədar dünyada 20 milyondan çox insan öz evini tərk etməli olub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu BMT-nin baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının iclasında deyib.

O bildirib ki, ötən il ümumilikdə 30 milyon nəfər iqlim fəlakətləri nəticəsində yaşayış yerindən məhrum olub.

BMT baş katibi inkişaf etmiş ölkələri iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üçün 100 milyard dollar vəsait ayırmaq vədini yerinə yetirməyə çağırıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM