Fuat Oktay: “Teknofest-2021” yalnız Türkiyənin deyil, dünyanın gələcəyini nümayiş etdirir

Fuat Oktay: “Teknofest-2021” yalnız Türkiyənin deyil, dünyanın gələcəyini nümayiş etdirir

“Teknofest-2021” Aviasiya, Kosmos və Texnologiya Festivalı yalnız Türkiyənin deyil, dünyanın gələcəyini nümayiş etdirir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyənin vitse-prezidenti Fuat Oktay İstanbulda keçirilən “Teknofest-2021” ilə tanış olarkən bildirib.

“Teknofest-2021”də sərgilərlə, xidmətlərlə, nümayiş olunan məhsullarla yaxından tanış olan Türkiyənin vitse-prezidenti əminliklə bildirib ki, 200 min yarışın keçirildiyi, təqribən 36 fərqli bölümdə fəaliyyət göstərən mərasimdən Türkiyənin gələcəyi və inkişafı üçün gözəl nəticələr əldə olunacaq.

Qeyd edək ki, Azərbaycan sentyabrın 21-dən start götürən “Teknofest-2021” festivalında geniş şəkildə iştirak edir.

Türkiyə və Azərbaycan Hərbi Hava qüvvələrinə aid qırıcı təyyarələr İstanbul boğazı üzərində birgə nümunəvi uçuşlar ediblər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Teknofest” – Aerokosmik və Texnologiya Festivalındakı Azərbaycan pavilyonunda 11 startapımız nümayiş etdirilib.

Bundan başqa, təxminən otuza yaxın azərbaycanlı tələbə beşə yaxın komanda ilə “Teknofest”də turizm və aqro texnologiyalar, pilotsuz aparatlar kimi müxtəlif yarışlara qatılıb. 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM