Kemerovo vilayətindəki mədəndə həlak olanların sayı 52 nəfərə çatıb

Kemerovo vilayətindəki mədəndə həlak olanların sayı 52 nəfərə çatıb

Rusiyanın Kemerovo vilayətindəki “Listvyajnaya” kömür mədənində qəza nəticəsində 52 nəfər həlak olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həlak olanlardan 6-sı xilasedicilərdir.

İlkin məlumata görə, mədəndə qalan şaxtaçılar və xilasedicilər metan qazının partlaması nəticəsində həlak olublar.

Hüquq mühafizə orqanları mədənin direktorunu, onun birinci müavinini və sahə rəisini həbs ediblər.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM