satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyanın NTT korporasiyası 6G şəbəkəsini test edəcək

Yaponiyanın NTT korporasiyası 6G şəbəkəsini test edəcək

Yaponiyanın NTT telekommunikasiya korporasiyası 2025-ci ildə Osakada keçiriləcək "Expo-2025" sərgisində 6G rabitə texnologiyalarını test edəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu barədə "Nikkei" qəzeti xəbər yayıb.

Məlumata əsasən, şirkətin mütəxəssisləri artıq tədbir iştirakçılarının və qonaqlarının istifadə edə biləcəyi şəbəkəni yaratmaq üçün əsas infrastrukturun hazırlanmasına başlayıblar. Layihənin təfərrüatları bu il ərzində açıqlanacaq.

6G şəbəkəsinin NTT-nin mövcud "IOWN" simsiz optik rabitə texnologiyaları əsasında hazırlanacağı gözlənilir. Bu texnologiyalar optik siqnalları çevirmədən məlumatları emal etməyə imkan verir ki, bu da gecikməni və enerji istehlakını azaldır.

"Expo-2025" sərgisində yeni mobil xidmətlər, eləcə də "metakainatda" virtual sərgi fəaliyyət göstərəcək. İnsanlar virtual sərgidə avatarlardan istifadə edərək iştirak edə biləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM