Türkiyə ordusu şəhidlərin qisasını alıb - 44 terrorçu zərərsizləşdirilib

Türkiyə ordusu şəhidlərin qisasını alıb - 44 terrorçu zərərsizləşdirilib

Türkiyə ordusunun 3 hərbçisinin şəhid olduğu Şanlıurfanın Akçakale bölgəsində 44 terrorçu zərərsizləşdirilib.

NUHÇIXAN İnformasiya Agentliyi “A haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazirin sözlərinə görə, Akçakaledəki terror hücumundan sonra bölgədə keçirilən antiterror əməliyyatı nəticəsində 44 silahlı məhv edilib: “Terrorçuların hər hücumuna cavab veriləcəyinə və onların məsuliyyətə cəlb olunacağına heç kim şübhə etməsin”.

Qeyd edək ki, yanvarın 11-də Akçakaledə terror hücumu nəticəsində Türkiyənin 3 hərbçisi şəhid olub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM