Qazaxıstan parlamenti Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasında ömürlük sədrliyinin ləğvini təsdiqləyib

Qazaxıstan parlamenti Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasında ömürlük sədrliyinin ləğvini təsdiqləyib

Qazaxıstan Parlamentinin Senatı (yuxarı palatası) sabiq prezident Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasına və Qazaxıstan Xalqları Assambleyasına (ANC) ömürlük sədrlik etməsi ilə bağlı düzəlişləri qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Senatın mətbuat xidməti açıqlama yayıb.

Qanunvericiliyə görə, bu dəyişikliklər dövlət başçısı tərəfindən təsdiqlənməlidir.

Bundan başqa, senatorlar dövlət təşəbbüslərinin, siyasətin əsas istiqamətlərinin N.Nazarbayevlə razılaşdırılmasını ləğv etməyi təklif ediblər. Bu norma “Birinci Prezident - Elbası haqqında” Konstitusiya Qanununda öz əksini tapıb.

Qeyd edək ki, yanvarın 19-da parlamentin aşağı palatasının deputatları bu qanunu təsdiqləyib. Mövcud qanunvericilikdən Nazarbayevə Təhlükəsizlik Şurasına və Qazaxıstan Xalqlar Assambleyasına ömürlük rəhbərlik etmək hüququ verilən müddəalar çıxarılıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM