Türkiyə Milli Təhlükəsizlik Şurası Ermənistanla əlaqələrin bərpasını müzakirə edəcək

Türkiyə Milli Təhlükəsizlik Şurası Ermənistanla əlaqələrin bərpasını müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının bu gün keçiriləcək iclasında Ermənistanla əlaqələrin bərpası müzakirə ediləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iclasda Ermənistanla münasibətlərdə qarşıdakı müddətdə atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılacaq. Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verəcək.

Bundan başqa, toplantıda Ukrayna-Rusiya gərginliyi, İsraillə əlaqələrin normallaşdırılması və terrorla mübarizə istiqamətində görülən işlər və bundan sonra atılacaq addımlar müzakirə olunacaq.  

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM