"Paşinyan Ordu Gününə qatılmamaq üçün "xəstələnib" - Ermənistan mediası

"Paşinyan Ordu Gününə qatılmamaq üçün "xəstələnib" - Ermənistan mediası

Ermənistanın baş naziri Nikol Paşinyanın koronavirusa yoluxması xəbəri İrəvanda birmənalı qarşılanmayıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yerli media baş nazirin özünü izolyasiya etməsi xəbərinin siyasi dairələrdə ciddi qəbul etmədiklərini yazıb.

Məsələn, “Hraparak” nəşrinin yaydığı məlumata görə, Nikol Paşinyan Ermənistan Ordusu Gününə həsr olunmuş tədbirdə iştirak etmək istəməyib. Bu səbəbdən də o koronavirusa yoluxduğunu elan etmək qərarı verib. Nəşr iddia edir ki, Paşinyanın növbəti dəfə təhlükəli virusa yoluxması faktı dünəndən siyasi dairələrdə fəal müzakirə olunur. Amma çoxları buna şübhə ilə yanaşır.

Xəstəliyin asemptomatik olduğu bildirilir. Çoxunu maraqlandıran bir sual var. Əgər xəstəlik asemptomatikdirsə, Paşinyanı testdən keçməyə nə məcbur edib? Baş nazirdə infeksiyaya yoluxma əlaməti olmasaydı həkimə müraciət edərdimi?- məqalə müəllifi hər şeyin düzüb-qoşulduğuna işarə vurub.

Qəzet yazır ki, ən çox ehtimal olunan versiyalardan biri belədir ki, bütün bu nağıllar yanvarın 28-ə planlaşdırılan Ordu Günü ilə bağlıdır.

- Həmin gün K.Dəmirçyan adına idman kompleksində, 44 günlük müharibənin iştirakçılarının iştirak edəcəyi tədbir planlaşdırılır.Yayılan şayiələrə görə, təşkilatçılar təsirli emosional təqdimatlar hazırlamaq istəyiblər. Lakin müharibə veteranları bunu istəməyiblər. Paşinyan isə öz növbəsində adi tədbirdə iştirak etmək istəməyib, “şou”suz olduğu üçün qatılmamaq qərarı verib.

Xəbər lenti
Çox oxunan xəbərlər