Tacikistan-Qırğızıstan sərhədində atışma olub

Tacikistan-Qırğızıstan sərhədində atışma olub

Tacikistan və Qırğızıstan sərhədində iki ölkənin sərhədçiləri arasında atışma olub.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Qırğızıstan dövlət milli təhlükəsizlik komitəsinin sərhəd xidməti məlumat yayıb. Tacik tərəfinin minomyot və qranatomyotlardan istifadə etdiyi bildirilir.

“Tacikistan və Qırğızıstan sərhəd qoşunlarının bölmələri arasında əsas atışmalar Tort-Koço və Cır-Dobo ərazilərində baş verib”, - məlumatda belə deyilir. Həlak olanlar və yaralananlar barədə hələlik məlumat yoxdur.

Sərhəddəki gərginlik Qırğızıstanın Batken və İsfan şəhərlərini birləşdirən yolun Düşənbə tərəfindən birtərəfli qaydada bağlanması fonunda yaranıb. İki ölkənin məmurları gərginliyi aradan qaldırmaq üçün hadisə yerinə gəliblər.

Xəbər lenti
Goranboyda zəlzələ olub

09:59 23.04.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM