satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna DİN: "Kiyevdə Rusiyanın daha bir hərbi təyyarəsi vurulub"

Ukrayna DİN: "Kiyevdə Rusiyanın daha bir hərbi təyyarəsi vurulub"

Ukraynadakı hərbi əməliyyatların ikinci günü Rusiyanın daha bir hərbi təyyarəsi vurulub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Ukraynanın Daxili İşlər Nazirliyi yayıb.

Qeyd olunub ki, Rusiya fevralın 25-də səhər saatlarında Ukrayna ərazisini yenə bombalayıb. Məlumata görə, Ukraynanın paytaxtı Kiyevdə yaşayış yerlərinə yaxın ərazidə Rusiyanın hərbi təyyarəsi vurulub. Nazirlik bildirib ki, təyyarə yaşayış yerlərinə düşərək binalara zərər vurub.

Xatırladaq ki, fevralın 24-də Ukrayna səmasında Rusiyanın 6 hərbi təyyarəsinin vurulduğuna dair məlumat yayılmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM