Türkiyənin 2 hərbçisi şəhid olub

Türkiyənin 2 hərbçisi şəhid olub

Türkiyənin Diyarbəkir şəhərində 2 hərbçi şəhid olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Jandarm Komando Alay Komandanlığının 2 hərbçisi - Oğuzhan Arduç və Turgut İçen "Eren Abluka-18” əməliyyatı zamanı terrorçularla silahlı qarşıdurmada şəhid olublar. Daha bir hərbçi Mustafa Can Akdoğan isə yaralanıb.

Terrorçuların zərərsizləşdirilməsi üçün əraziyə əlavə qüvvə cəlb olunub.

Xəbər lenti
Çox oxunan xəbərlər