Ukrayna ilə Rusiya arasında növbəti dəfə əsirlərin mübadiləsi baş tutub

Ukrayna ilə Rusiya arasında növbəti dəfə əsirlərin mübadiləsi baş tutub

İyunun 28-də Ukrayna ilə Rusiya arasında əsirlərin mübadiləsi növbəti dəfə həyata keçirilib. Mübadilə zamanı Ukraynanın 16 hərbçisi və bir mülki şəxsi qaytarılıb. Rusiyanın isə 15 hərbçisi təhvil verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, iki zabit və 14 əsgər də daxil olmaqla 16 ukraynalı hərbçi Rusiya əsirliyindən qayıdıb. Həmçinin bir mülki şəxs də əsirlikdən azad edilib.

"Sərbəst buraxılan beş nəfər ağır yaralıdır və təcili müalicəyə ehtiyacları var", - deyə məlumatda vurğulanıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM