Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olmasına razılıq verib

Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olmasına razılıq verib

İsveçin Baş naziri Maqdalena Andersson, Finlandiyanın Prezidenti Sauli Niinistö və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə görüşündə NATO-ya üzvlüklə bağlı razılıq əldə olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, üç ölkə başçısının görüşündə əldə olunan razılıq nəticəsində Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı veto hüququndan imtina edib.

İsveçin Baş naziri Maqdalena Andersson görüşlə bağlı deyib: "Görüş uzun çəkdi. Finlandiya Prezidenti Sauli Niinistö və mən terrorla mübarizə qanunvericiliyi çərçivəsində gördüyümüz bütün tədbirlər haqqında məlumat verdik. Diqqətə çatdırdıq ki, iyulun 1-dən biz bu qanunvericiliyi həqiqətən sərtləşdiririk. Bununla yanaşı, ölkələrimizin NATO-ya nə töhfə verə biləcəyini də bildirdik".

NATO-nun Baş katibi Yens Stoltenberqin yaxın saatlarda daha ətraflı məlumat verəcəyi gözlənilir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM