Finlandiya və İsveç liderləri terror təşkilatları ilə bağlı Türkiyənin tələblərini yerinə yetirməyə söz veriblər

Finlandiya və İsveç liderləri terror təşkilatları ilə bağlı Türkiyənin tələblərini yerinə yetirməyə söz veriblər

Madrid şəhərində Türkiyə, Finlandiya və İsveç liderləri arasında keçirilən görüşdən sonra memorandum imzalanıb.

NUHÇIXAN İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin Baş naziri Maqdalena Andersson bir araya gəliblər.

Müzakirələrdən sonra Finlandiya və İsveç liderləri terror təşkilatları tərəfindən Türkiyəyə qarşı həyata keçirilən hücumları açıq və birmənalı şəkildə pislədiklərini, həmçinin terror təşkilatları ilə əlaqəli şəxslərin fəaliyyətinin qarşısını almağı öhdələrinə götürdüklərini bəyan ediblər.

Bundan başqa, Finlandiya və İsveç Türkiyənin təqdim etdiyi faktlar və kəşfiyyat məlumatları əsasında terrorda şübhəli bilinən şəxslərin deportasiya və ya ekstradisiya tələblərini anında icra etməyə vəd veriblər.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM