Ermənistan mətbuatı Azərbaycanın azad olunmuş ərazilərdə apardığı tikinti işlərindən yazır

Ermənistan mətbuatı Azərbaycanın azad olunmuş ərazilərdə apardığı tikinti işlərindən yazır

44 günlük müharibənin nəticəsi olaraq Azərbaycanın nəzarətinə keçən ərazilərdə nəhəng tikinti-quruculuq işləri aparılır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözlər Ermənistanda nəşr olunan “Hrabarak” qəzetində işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinə həsr olunan növbəti yazıda yer alıb.

Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində orada aparılan geniş miqyaslı işlər barədə oxucularına məlumat verən qəzet yazır: “Demək olar ki, hər yerdə, o cümlədən Hadrutda, Şuşada fəal tikinti işləri aparılır: yollar çəkilir, Füzulidə hava limanı fəaliyyət göstərir”.

Laçın rayonunda növbəti beynəlxalq aeroportun tikintisinin aparıldığını xəbər verən nəşr aparılan bərpa-quruculuq işlərinin yeni hərbi hissə və birliklərin yaradılması fonunda baş verdiyini qeyd edir. Bildirilir ki, Prezident İlham Əliyev, ilk növbədə, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası məsələsi ilə məşğuldur. Bu məsələlərin həllindən sonra ərazilərin nizamlanması daha böyük templə davam etdiriləcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM