satellite   Azerspace-1: 11135 H 30000

Fransa paytaxtında polis zorakılığına qarşı etirazlar başlayıb

Fransa paytaxtında polis zorakılığına qarşı etirazlar başlayıb

Fransanın paytaxtı Parisdə polis zorakılığına və irqçiliyə qarşı nümayiş keçirilir.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, etirazçılar Şimal vağzalından şəhərin şərqindəki Bastiliya meydanı istiqamətində yürüş ediblər.

Nümayişçilər arasında həmkarlar ittifaqları və tələbə hərəkatlarının, o cümlədən siyasi partiyaların nümayəndələri var. Yürüş iştirakçıları polis əleyhinə şüarlar səsləndirib, hüquq-mühafizə orqanları əməkdaşlarından zərərçəkənlərlə həmrəyliklərini bildiriblər.

Polis bu aksiyada 4-5 min adamın iştirak edəcəyini bəyan edib. Ümumilikdə ölkə daxilində 30 minə qədər etirazçı küçələrə çıxa bilər.

“Le Parisien” qəzetinin məlumatına görə, hakimiyyət Fransa şəhərlərinin küçələrində asayişi qorumaq üçün 30 minə qədər polis və jandarm cəlb etmək niyyətindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM