satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanın Baş naziri: "Rusiya ilə strateji tərəfdaşlıq alətləri İrəvanın xarici təhlükəsizliyini təmin etmədi”

Ermənistanın Baş naziri: "Rusiya ilə strateji tərəfdaşlıq alətləri İrəvanın xarici təhlükəsizliyini təmin etmədi”

“Biz 2022-ci ilin dekabrında Roma statutunu ratifikasiya etmək qərarına gəldik, o zaman ki, hamımıza KTMT və Ermənistan-Rusiya strateji tərəfdaşlıq alətlərinin İrəvanın xarici təhlükəsizliyini təmini üçün kifayət etmədiyi aydın oldu”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan söyləyib.

Onun sözlərinə görə, Roma Statutunun ratifikasiyası Ermənistana xarici təhlükəsizliyi təmin etmək üçün Beynəlxalq Cinayət Məhkəməsinin imkanlarından istifadə etməyə imkan verəcək.

2022-ci ilin sonunda Nazirlər Kabineti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası prosesinə başlayıb. 2023-cü ilin martında Ermənistan Konstitusiya Məhkəməsi Roma Statutunun ölkənin əsas qanununa uyğun olduğunu tanıyıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM